AZ EN RU

SATIŞ VƏ KİRAYƏ

 



CRES Azərbaycanda daşınmaz əmlakın bütün sahələrində geniş cari təklif portfelinə malikdir: yaşayış, ofis, ticarət, anbar və torpaq sahələri. Bizim bu saytda yerləşdirilən axtarış vasitəsində, uzunmüddətli broker təcrübəsi nəticəsində toplanmış əmlakın qısa siyahısı verilir.

Biz, əməliyyatlara strukturlu yanaşması ilə fərqlənirik. İlkin sorğudan, yekun satış və ya icarə əməliyyatına qədər, aydın və müəyyən olunmuş mərhələləri təmin etməklə, sifarişçilərimizin razı qalmasına çalışırıq.

Çoxsahəli broker fəaliyyətimiz, bizə daşınmaz əmlak bazarını daxildən başa düşmək imkanı verir. Biz sifarişçilərimizə nəinki düzgün seçim etməkdə köməklik göstəririk, eləcə də gələcək istifadə və təkmilləşdirmə imkanları barədə məsləhətlər veririk.

Zəhmət olmasa bu səhifədə yerləşdirilən axtarış vasitəsindən istifadə edərək, cari təkliflərimiz ilə tanış olun. Bununla yanaşı, biz müraciətiniz  üzrə görüşərək, tələblərinizi şəxsən müzakirə edə bilərik.