AZ EN RU

KONSALTİNQ

 



CRES şirkətinin heyəti, məsləhətçi, broker və ekspert qismində, ofis, ticarət, anbar və mehmanxana  layihələrində iştirak etməklə, Azərbaycanın daşınmaz əmlak bazarında fəal işləyir.

Bizim ekspertlər İPO və BSMH daxil olmaqla, müxtəlif məqsədlər üçün, daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsini həyata keçirirlər. Bu zaman qiymətləndirmə hesabatına hər bir obyektin yalnız qiymətinin başa düşülməsi üçün deyil, eləcə də idarəçilik qərarlarının qəbul olunması üçün zəruri olan müfəssəl məlumat daxil edilir.

Bu gün CRES şirkətinin ekspertləri nəinki qiymətləndirmə üzrə işləri yerinə yetirir, eləcə də digər intellektual məhsullar hazırlayırlar (daşınmaz əmlaka investisiya yatırımları, biznes planları, səmərəli istifadə analizləri, investisiya layihələrinin səmərəliliyi)

CRES şirkətinin sifarişçiləri sırasına həm yerli, həm də Beynəlxalq şirkətlər, o cümlədən böyük investisiya fondları, banklar və iri sənaye müəssisələri daxildir.

Biz torpaq sahəsinin işlənməsindən başlayaraq, mövcud binanın təkrar işlənməsinə qədər, layihənin bütün mərhələlərində çalışırıq. Sizin məqsəd və hədəflərinizdən asılı olaraq, biz istənilən məsləhətçilik xidməti paketini hazırlaya bilərik. Məsələn:

  • Daşınmaz əmlak portfelinin optimallaşdırılması
  • Irimiqyaslı ərazilərin işlənmə strategiyasının hazırlanması
  • Torpaq sahələrinin ən səmərəli və optimal istifadə olunması üzrə analizlər
  • Torpaq sahələrinin və daşınmaz əmlak obyektlərinin cari istifadəsinin səmərəliliyinin artırılması üzrə tövsiyələr
  • Regionun investisiya cəlbediciliyinin müəyyən olunması üçün bazarın araşdırılması