AZ EN RU

ƏMLAKI İDARƏETMƏ

 

Daşınmaz əmlakın idarə edilməsi fiziki məkanı, icarəçi ilə münasibətləri və bazarda ümumi nüfuzu dərindən idarə etməklə aktivinizin dəyərini artıran həm incəsənət, həm də elmdir.

CRES şirkətinin Əmlakın İdarə edilməsi Bölməsi əmlakın dəyərini artıran kommersiya daşınmaz əmlak sahibləri və icarəçiləri üçün geniş çeşiddə fərdiləşdirilmiş xidmətlər təqdim edir.

Biz sifarişçilərimizə əsas diqqətlərini strateji məsələlərə yönəltməyə imkan verməklə operativ xərclər və icarələrin səmərəli idarə edilməsi vasitəsilə xərcləri azaldırıq.

Biz sifarişçilərimizə:

  • xərcləri və əmlaka sahiblik məsrəflərini azaltmağa
  • maliyyə, əməliyyat və nüfuz riskləri daxil olmaqla riski azaltmağa
  • sahənin səmərəliliyini və əməliyyat rahatlığını artırmağa
  • ümumi və təsdiq edilmiş portfel məlumatlarını biznes kontekstinə uyğunlaşdırmaqla daha məlumatlı daşınmaz əmlak qərarları qəbul etməyə
  • hərtərəfli və müntəzəm idarəetmə məlumatları haqda hesabatları təqdim etməyə
  • müəyyən edilmiş qaydalara riayət edilməsi və məlumatların etibarlı olması daxil olmaqla ən yaxşı təcrübə və nəzarətləri tətbiq və təmin etməyə
  • əmlak portfeli vasitəsilə xidmətin müvafiqliyinə nail olmağa imkan yaradırıq.


Bizim əmlak menecerlərimiz və tikinti peşəkarlarımız ilk əvvəl işgüzar insanlardır və  mülkiyyət məqsədlərinə çatmaları üçün Sifarişçilərimizlə birgə çalışırlar.

Əmlak menecerləri, tikinti mühəndisləri, mühasiblər, podrat işlərinin rəhbərləri və xidməti heyətdən ibarət qrup olaraq biz əsas diqqətimizi əmlak işlərinin əsas sahələrinə yönəltmişik. 

Əmlakın idarə edilməsi həm də abadlaşdırma və təmizləmə xidmətlərindən tutmuş sistem mühəndisliyi və bərpa işlərinədək  çoxlu sayda təchizatçılarla əlaqə tələb edir.

Biz həmçinin uzunmüddətli qənaətə gətirib çıxardacaq dayanaqlıq və əmlakın təkmilləşdirilməsi daxil olmaqla  uzaqgörən məsləhətlər vermək üçün oxşar əmlaklardan məlumatları toplayan geniş platformamızdan istifadə edirik.

İcarənin müddətinin bitməsi və müddətinin uzadılması ilə bağlı işlərə əlavə olaraq biz müntəzəm şəkildə icarəçinin rəyini öyrənməklə və tədbirlər görməklə gələcək icarə fəaliyyətlərinə yardım edirik.  Bu açıq dialoqlar və üzbəüz ünsiyyətlər icarəçilər arasında şifahi müzakirələri təkmilləşdirir və əmlakın bazara çıxarılması səylərinə yardım edir.

Biz hər bir icarəçinin biznes brendində tikinti nüfuzunun əhəmiyyətli təsirə malik olduğunu başa düşürük, buna görə də bazarda həmin brendi daha da təkmilləşdirməyə səy göstəririk. Bunu, digər rəqib əmlaklar haqda dərindən bilgi əldə etməklə, ümumi sahələrə və “ilk təəssürat” məsələlərinə xüsusi diqqət yetirməklə və əmlakın xarakterik xüsusiyyət və xidmətlərini fərqləndirməklə həyata keçiririk.